Qiffen Paradoksu

İslandiya əhalisinin istehlak strukturunun öyrənilməsi ilə məşğul olan XIX əsr ingilis statistiki R.Qiffenin müşahidələrinə görə çörəyin qiymətinin ciddi şəkildə artması ona olan tələbin azalması ilə deyil, əksinə kəskin artması ilə müşahidə olunmuşdur.
Qızılın Qiymətinin Müəyyənləşdirilməsi
Qimətli Kağızların İdarə Olunması Barədə Müqavilə
OBASTAN VİKİ
Bərbər paradoksu
Bərbər paradoksu — Rassel paradoksundan yaradılmış tapmacadır. Bertran Rassel tərəfindən yaradımışdır. Bu paradoksu ona tövsiyə edən adsız bir kişiyə ithaf etmişdir. == Paradoks == Sadəcə bir kişi bərbərin olduğu qəsəbə düşünün. Bu qəsəbədə hər kişi bunlardan birini etməklə daima taraşlı gəzməkdədir. özünü taraş edərək bərbərə gedərək Fərqli şəkildə ifadə edərsək: bərbər yalnız qəsəbədə özünü taraş edə bilməyən kişiləri taraş edir. Bunlar aşağıdakı paradoksal sual xaricində məntiqli görünməkdədir. Bərbəri kim taraş edir? Bu sual paradoks yaradır. Bərbər yalnız aşağıdakı adamlar tərəfindən taraş edilə bilər.
Daş paradoksu
Daş paradoksu — Bu paradoksa görə Allah qaldıra bilməyəcəyi qədər ağır bir daş yaradarsa onu qaldıra bilməz, bu da onun hər şeyi edə bilmədiyini göstərər. Allah belə bir daş yarada bilməzsə bu da onun hər şeyi yarada bilmədiyini göstərər.
Dostluq paradoksu
Dostluq paradoksu — adətən insanların çoxunun orta hesabla dostlarından daha az dostu olduğunu təsdiq edən fenomenin adıdır. Fenomen 1991-ci ildə New York Dövlət Universitetinin bir sosioloqu Scott L Feld tərəfindən sosial şəbəkələri araşdırarkən (təsadüfi bir qrup üçün sosial əlaqələr toplusunu ifadə edən sosiologiyada bir termin) aşkar edilmişdir. Paradoks daha dar mənada sosial şəbəkələr, yəni İnternetdəki sosial şəbəkələr üçün də doğrudur. Məsələn, 2012-ci ildə 721 milyon Facebook istifadəçisini analiz edən Cornell Universitetinin tədqiqatçıları tərəfindən təsdiqlənmişdir. Alimlər bu ifadənin Twitter istifadəçilərinin 98% -i üçün doğru olduğunu da göstərdilər. Hipotezanın zahiri paradoksal təbiətinə baxmayaraq, sosial qrafikə tətbiq olunan qraf nəzəriyyəsi və ehtimal nəzəriyyəsinin əsas prinsiplərindən səliqəli şəkildə götürülmüşdür. Xüsusilə paradoks, daha çox əlaqəsi olan insanların dostlar arasında daha çox müşahidə edildiyi nümunədəki bir qərəzlə izah edilə bilər. Bənzər bir müşahidə digər əlaqəli icmalara da tətbiq edilə bilər. Məsələn, insanların əksəriyyətinin cinsi ortaqları ortalama olaraq özlərindən daha çox cinsi partnyorları var idi. Bu paradoks yalnız orta hesabla dost sayına görə deyil, eyni zamanda mediana da aiddir.
EPR paradoksu
EPR paradoksu (EPR zidiyyəti) — Eynşteyn, Podolski və Rozen, 3 fizikin soyadlarının baş hərflərindən yaranmış və kvant mexanikasının Kopenhagen təfsirinə qarşı ilkin və təsirli bir tənqiddir. Albert Eynşteyn və həmkarları Boris Podolski və Natan Rozen kvant mexanikasının daha əvvəl diqqət yetirilməmiş, lakin müəyyən nəticələrə sahib olduğu qəbul edilən tənliyini meydana çıxaran bir təcrübə hazırladılar. Ancaq zamanla bu tənliklər məntiqsiz göründü. Açıqlama kvant dolanıqlığı olaraq bilinən bir hadisəni ehtiva edirdi. Kvant mexanizminə görə, bəzi şərtlər altında, ortaq şəkildə və ya fərdi olan cüt kvant sistemləri, cüt sistemdə reallaşan təcrübələrin nəticələrinin ehtimallarını kodlaşdıran tək bir dalğanın funksiyasıyla təsvir edilə bilər. EPR məqaləsi yazıldığında, edilən təcrübələr nəticəsində, bir təcrübənin nəticəsinin bəzən tək bir təxmini olmadığı bilinirdi. Bu tip bir qeyri-müəyyənlik, bir işıq süzməsi yarım gümüşlənmiş bir aynanın üzərinə düşdüyündə görülə bilər. İşıq süzməsinin yarısı əks olunarkən digər yarısı keçəcək. Əgər işıq süzməsinin şiddəti, tək bir foton keçənə qədər enərsə, kvant mexanizmasında fotonun əks olunması və ya keçidi təxmin edilə bilməz. Bu təsirin müntəzəm açıqlaması o zamanlar Heyzenberqin naməlumluq qanunuyla təmin edilmişdi.
Fermi paradoksu
Fermi paradoksu — Yerdənkənar sivilizasiyaların var olma ehtimalının çox yüksək olduğuna dair təxminlərin varlığı ilə bunu təsdiqləyəcək hər hansı bir dəlil ya da əlaqənin yoxluğu arasındakı ziddiyyəti ifadə edir. Kainatın yaşının çoxluğu və çoxlu sayda ulduzun varlığı ilə birlikdə, həyat üçün Yerin tipik bir planet nümunəsi olduğu fərziyyəsi də göz önünə alındığında, Yerdən kənar həyatın geniş olması lazımdır. Bu mülahizəni 1950-ci ildə bir nahar əsnasında mübahisə edən fizik Enriko Fermi bu sualı soruşmuşdu: "Əgər Südyolu daxilində yüksək sayda Yerdən kənar sivilizasiya mövcuddursa, niyə yadplanetlilərə aid kosmos vasitələri və ya sondalar kimi dəlillərə rast gəlmirik?" Mövzunun daha ətraflı araşdırıldığı müzakirələr Michael H. Hart-ın 1975-ci il tarixli bir məqaləsi ilə başladı. Bu səbəblə paradoks, zaman-zaman "Fermi-Hart" paradoksu olaraq da adlandırılmışdır. Mövzuyla əlaqəli bir başqa sual da Böyük Sükut olaraq bilinir: "Kosmosda səyahət çətin olsa belə, əgər Yer planeti xaricində həyat mümkündürsə, ən azından bu sivilizasiyalara aid radio siqnallarını eşitmək mümkün deyil mi ?!" Fermi paradoksunu, Yerdən kənar həyatın var olduğuna dair dəlilləri tapmağa çalışaraq, ya da belə bir sivilizasiyanın insan təfəkkürünün xaricində var ola biləcəyini müdafiə edərək həll etməyi sınayanlar oldu. Bu işlərə qarşı çıxanlar isə, Yerdən kənar həyatın var olmadığını ya da insanların əsla əlaqə yarada bilməyəcəyi qədər nadir olduğunu müdafiə etdi. Hartın məqaləsi ilə birlikdə, Yerdən kənar həyat haqqında elmi nəzəriyyələr və ola biləcək modellər çıxarmağa istiqamətli işlər üçün böyük səy göstərilməyə başladı. Bu işlərin çoxundaki nəzəri istinad nöqtəsi Fermi paradoksu oldu. Bu problemi birbaşa ələ alan bir çox elmi işlə yanaşı, problemlə əlaqədar müxtəlif sualların cavabları da astronomiya, biologiya, ekologiya və fəlsəfə kimi elmlərdə axtarıldı. Astrobiologiya sahəsinin ortaya çıxmasıyla birlikdə, Fermi paradoksu və Yerdən kənar həyatın varlığı sualı fənlərarası bir əlaqə yaratmağa başladı.
Harrinqton paradoksu
Harrington paradoksu (İngiliscə: Harrington paradox) ətraf mühit və ekologiya iqtisadiyyatında firmaların ekoloji tənzimləmələrə davranışını əks edən anlayışdır. Paradoks Vinston Harrington tərəfindən, 1988-ci ilin məqaləsində təsvir olunmuşdur, və ABŞdəki 1970-ci illərin sonunda 1980-ci illərin əvvəlində ekoloji standartların monitorinqi, həyata keçirilməsi və riayət edilməsinə aid olan tədqiqata əsaslandırılıb. Paradoksa uyğun olaraq, baxmayaraq ki: Firmalarda ekoloji monitorinq tezliyi aşağıdır Ətraf mühit tənzimləmələrinin pozulması müəyyən olduğu halda, pozan firma nadir hallarda cəzalandırılır Gözlənilən cərimənin miqdarı tənzimləməyə riayət etməsinin qiymətinə nisbətən azdır Firmalar əsasən ekoloji standartlara riayət edirlər. Şirkətlərin bu dərəcədə riayət etməsi Gari Bekerin (Gary Becker) rasional cinayət nəzəriyyəsində təsvir olunan gəliri maksimalaşdıran şirkətlərin davranışına uyğun gəlmir. Rasional şirkətlər ancaq gözlənilən cərimə riayət etməsinin qiymətindən çox olması halında standartlara riayət edirlər. Paradoksu izah etmək üçün şirkətlərin altruist olduğu və öz haqqında ictimai fikiri pozmamaq məqsədi təklif olunur. Paradoksu müşəhidə edən statistik məlumatlar nadirdir. Norveçin Çirklənmə üzrə Kontrol İdarəsi tərəfindən 2001-ci ildə aparılan araşdırmada ciddi pozuntular aşkar olunmayıb, amma şirkətlərin çoxusunda (80%) standartlardan kiçik kənara çıxmaları tapılıb. Norveçdə monitorinqin tezliyi aşağı və kiçik pozuntulara cərimə sistemi yüngül olduqları paradoksa güclü sübut verə bilmir, çünki ciddi pozuntulara çox sərt cəzalandırma nəzərdə tutulur. Şirkətlərin bu davranışı rasional cinayət nəzəriyyəsinə uyğun gəlir.
Kəmənd paradoksu
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Olbers paradoksu
Olbers paradoksu – dəyişməz və sonsuz kainat fikri ilə gecənin qaranlıq faktı arasında ziddiyyəti özündə əks etdirən paradoks. 20-ci əsrə qədər kainat haqqında kifayət qədər məlumat olmadığından, kainatın dəyişməz və əbədi olduğuna dair geniş yayılmış bir fikir var idi. Ancaq bu dəyişməz və sonsuz kainat fikri öz içində qəribə bir paradoks saxlayırdı. Haradasa 500 il kimi uzun bir müddətdə bu paradoks, bir çox astronomun, elm insanının və hətta Edqar Allan Po kimi bir şairin belə uzun müddət üzərində düşünməsinə səbəb olmuşdu. Paradoksun 500 illik bir keçmişi olsa da, alman həkim və astronom Haynrix Olbers, 1823—cü ildə mövzu ilə bağlı yazdığı məqalə ilə paradoksu elmi mübahisələrin içinə daşıyaraq bu gün öz adı ilə anılmasına da təmin etdi. Paradoks sadəcə gecənin nə üçün qaranlıq olduğunu soruşurdu. Olbers paradoksuna görə kainat hərəkətsiz və sonsuzdursa, göy üzündə baxdığımız hər bir yerdə mütləq bir ulduz və ya hər hansı bir işıq mənbəyi olmalıydı. Sonsuz kainatda saysız-hesabsız ulduzun işığı ilə göy üzünün örtülmüş olması lazım idi. Bu halda gecələr göy üzündə qaranlıq bir nöqtə belə qalmayacaq, gecə də gündüz kimi aydınlıq olacaqdı. Ancaq vəziyyət heç də belə görünmürdü.
Qənaətcillik paradoksu
Qənaətcillik paradoksu (ing. paradox of thrift, ing. paradox of saving) — Uoddilom Ketçinqs,Uilyam Foster , və qismən Con Meynard Keyns, Fridrix Hayek tərəfindən tədqiq edilmiş iqtisad elmində bir paradoksdur. Paradoks aşağıdakı qaydada ifadə edilir:"Biz nə qədər çox qara gün üçün pul yığırıqsa, o gün bir o qədər tez gəlir".Əgər iqtisadi böhran zamanı hamı qənaət etməyə başlayacaqsa, onda məcmu tələb azalacaq, bunun nəticəsində isə əmək haqları və əmanətlər azalacaqdır. Yəni demək olar ki,hər kəs qənaət edəndə bu məcmu tələbin azalmasına və iqtisadi artımın zəifləməsinə səbəb olacaqdır. Əsas məqalə:Keynsçilik Sadə Keyns modelinə görə iqtisadi artım üçün ümumi gəlirin artmasına səbəb olan multiplikatorun effekti ilə məcmu gəlirin artması nəzərdə tutulurdu.Xərclər axınından götürülmüş hər bir şey isə iqtisadiyyatda repressiya və depressiya yaradaraq multiplikativ şəkildə məcmu gəliri azaldır.Paradoksal nəticə də buradan irəli gəlirdi: İqtisadiyyatda nə qədər çox əmanət toplanırsa, bununla o qədər kasıb olur.Bu halda bu paradoks məhkum dilemması şəklində olur, yəni harada ki, qənaətlər ayrı-ayrılıqda hər bir insan üçün əlverişlidir, amma bütovlükdə əhali və iqtisadiyyat üçün zərərlidir. Keyns böhrandan çıxış yolu dövlətin iqtisadiyyata müdaxiləsi (hökumət tənzimləmə siyasəti) hesab edirdi.Keyns və onun davamçıları iqtisadiyyatı sabitləşdirmək üçün hökumət xərclərinin istifadəsini təklif edirlər, çünki o nəticədə məcmu tələbə təsirini maksimum səviyyəyə çatdırır,həmçinin məcmu gəlirə dair multiplikativ təsirə malik olur. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman , qənaətcillik paradoksunu, hökumət xərclərinin artırılması siyasətinin həyata keçirilməsi arqumenti kimi təklif etdi.Onun fikrincə, ev təsərrüfatlarının xərcləri azaltmağa məcbur etdiyi bir dövrdə iqtisadiyyat canlanmaq üçün adi istehlakçıların əvəzetməsini tələb edir: məhz hökumət müxtəlif dövlət proqramlarını təsdiq etməlidir.Lakin, Texas ştatının konqresmeni Ron Paulin sözlərinə görə, bugünkü rifah qənaət və gələcəkdə nemətlərin istifadəsinin artması üçün onların istehlakının məhdudlaşdırılması sayəsində yarana bilər. Əsas məqalə:Klassik siyasi iqtisad Qənaətcillik paradoksu ancaq Keyns modelinə məxsusdu.Klassik siyasi iqtisad nəzəriyyəsində yığım demək olar ki, investisiyalara bərabərdir.Ona görə də, klassik təsəvvürlərə əsasən əmanətlərin artırılması investisiya ilə eyni miqdarda artır. Henri Hazlitt diqqət yetirdi ki, Keynsin «Ümumi nəzəriyyə...»də "yığım" və "investisiya" anlayışlarında o bir sıra səhvlər və qeyri-müəyyənliklər mövcuddur.
Tolerantlıq paradoksu
Tolerantlıq paradoksu — 1945-ci ildə Karl Popper tərəfindən təklif edilən qərar nəzəriyyəsində məntiqi paradoks. O, iddia edir ki, qeyri-məhdud tolerantlıq tolerantlığın yox olmasına gətirib çıxarır, çünki qeyri-tolerantlığa tolerantlıq birincinin geniş yayılmasına gətirib çıxarır. Nəticə etibarilə, tolerantlığın qorunması qeyri-toleranta qarşı qeyri-tolerant münasibət tələb edir ki, bu da öz növbəsində qeyri-tolerantlığın tərifinin sərhədlərini bulandırır. Zorakılığın yolverilməzliyi ilə bağlı oxşar paradoks var ki, zorakılığın mütləq qadağan edilməsi zorakılığın qarşısının alınmasının qeyri-mümkünlüyünə gətirib çıxarır. Tolerantlıq paradoksundan belə nəticəyə gəlmək olar ki, tolerantlıq xəttini çəkmək cəhdləri uğursuzluğa məhkumdur. Bu, "özümüzünkü" və "qeyri-tolerant" arasındakı sərhədin çəkilməsinə gətirib çıxarır. Tolerantlıq anlayışının özündə məntiqi bir paradoks var. Bunu aradan qaldırmaq üçün tolerantlığı davranış norması kimi inkar edənlərə qarşı qeyri-tolerant olmaq ilə bəzi hallarda tolerantlığı inkar edən, lakin ümumilikdə bunu zəruri hesab edənlərə qarşı qeyri-tolerantlıq arasında fərq qoymaq lazımdır.
İsterlin paradoksu
İsterlin paradoksu — 1974-cü ildə Pensilvaniya universitetinin iqtisadçı professoru və xoşbəxtlik iqtisadiyyatı üzrə araşdırmalar etmiş ilk iqtisadçı olan Riçard İsterlin tərəfindən kəşf edilmiş paradoks. Paradoks qeyd edir ki, müəyyən anda xoşbəxtlik, birbaşa millətlər arasında və daxilində olan gəlirlərdən asılı olaraq dəyişir, lakin zaman keçdikcə gəlirin artması səbəbi ilə xoşbəxtlik bununla düz mütənasiblik təşkil edərək yuxarıya meyillənmir. Yəni, müəyyən an və zaman sıraları arasındakı ziddiyət bu paradoksun yaranmasına əsas təkanverici amil kimi göstərilir. Müxtəlif nəzəriyyələr bu paradoksu izah etmək yolunda müəyyən yerə qədər irəliləmişdir, amma paradoks özlüyündə yalnızca empirik ümumiləşdirmədir. Paradoksun mövcudluğu digər tədqiqatçılar arasında ciddi şəkildə mübahisələrə səbəb olmuşdur. Paradoksun yaranması üçün orijinal əsas Amerika Birləşmiş Ştatlarından əldə edilmiş məlumat olmuşdur. Daha sonralar, bu paradoksu dəstəkləyən tapıntıların digər inkişaf etmiş ölkələrə və son zamanlar isə nisbətən daha az inkişaf etmiş və sosializmdən kapitalizmə keçid edən ölkələrə tətbiqi halları meydana çıxmışdır. ABŞ üçün orijinal nəticə 1946-cı ildən 1970-ci ilə qədər əldə olunmuş məlumatlara əsaslanmışdır. Daha sonra, 2014-cü il boyunca əldə edilmiş faktlar isə ilkin tapıntını təsdiqlədi — Amerika Birləşmiş Ştatlarında xoşbəxtlik tendensiyası, real gəlirlərin üçqat artdığı təqribən 70 illik dövr ərzində düz və hətta bir qədər mənfi formaya sahib olmuşdur. Paradoksun zaman sıraları ilə bağlı hissəsindən əldə olunan nəticə isə uzunmüddətli tendensiyalara istinad edir.
Brayes paradoksu
Brayes paradoksu — alman riyaziyyatçısı Ditrix Brayesə (1968-ci il məqaləsi) aid edilən paradoksdur ki, şəbəkəyə daha çox tutum əlavə etməklə yanaşı, şəbəkə vasitəsilə hərəkət edən qurumlara öz marşrutlarını seçməyə icazə vermək ümumi performansı azalda bilər. Bu, belə sistemlər üçün Nash tarazlığının mütləq optimal olmaması səbəbindən baş verir. Paradoksu yol şəbəkəsi nümunəsi ilə göstərmək olar. Bizə verilmiş yol şəbəkəsi olsun, onun hər bir qovşağı üçün oradan gedən avtomobillərin sayını və bu avtomobillərin təyinat yerlərini bilirik. Təkcə səthin keyfiyyətinə görə deyil, həm də nəqliyyatın sıxlığının aşağı olmasına görə bir yol digərinə üstünlük verə bilər. Hər bir sürücü ona ən əlverişli görünən marşrutu seçərsə, nəticədə səyahət vaxtı mütləq minimum olmayacaqdır. Üstəlik, əlavə yolların yaradılmasına cavab olaraq nəqliyyatın yenidən bölüşdürülməsinin səyahət vaxtının yalnız artacağına gətirib çıxaracağını misal göstərmək olar. Tutaq ki, sürücülər Başdan Sona qədər getmək istəyirlər. İki yol var — A şəhəri və B şəhəri vasitəsilə. Başlanğıc nöqtəsindən A şəhərinə səyahət vaxtı nəqliyyatın sıxlığından asılıdır və avtomobillərin (T) 100-ə bölünməsinə bərabərdir.
Cevons paradoksu
İqtisadi nəzəriyyədə Cevons paradoksu (bəzən Cevons effekti) — resursdan istifadənin səmərəliliyini artıran texnoloji tərəqqinin onun istehlak həcmini artırması (azaltmaq əvəzinə) vəziyyəti. 1865-ci ildə ingilis iqtisadçısı Vilyam Stenli Cevons qeyd etdi ki, kömürdən istifadənin səmərəliliyini artıran texnoloji təkmilləşdirmələr müxtəlif sənaye sahələrində kömür istehlakının artmasına səbəb olur. O, yanacaq sərfiyyatını azaltmaq üçün intuitiv olaraq texnoloji təkmilləşdirmələrə etibar edilə bilməyəcəyini müdafiə etdi. Bu məsələ enerji səmərəliliyinin artırılmasından istehlakın əks təsirini tədqiq edən müasir iqtisadçılar tərəfindən yenidən nəzərdən keçirildi. Müəyyən bir tətbiq üçün tələb olunan həcmi azaltmaqla yanaşı, artan səmərəlilik resursdan istifadənin nisbi xərclərini azaldır ki, bu da resursa tələbatın artmasına gətirib çıxarır və potensial olaraq artan səmərəliliyin hər hansı qənaətinə qarşı çıxır. Bundan əlavə, məhsuldarlığın artması iqtisadi artımı sürətləndirir, resursa tələbatı daha da artırır. Cevonsun paradoksu o zaman baş verir ki, artan tələbin təsiri üstünlük təşkil edir və nəticədə resursdan istifadənin artması ilə nəticələnir. Cevons paradoksu enerjiyə qənaətin mənasızlığını nümayiş etdirmək üçün istifadə olunur, çünki səmərəliliyin artırılması yanacaq sərfiyyatını artıra bilər. Bununla belə, artan səmərəlilik yaşayışın maddi standartlarını yaxşılaşdıra bilər. Bundan əlavə, səmərəliliyin artması ekoloji vergi və ya istifadə qiymətini eyni saxlayan (və ya onu artıran) digər ekoloji siyasətlə müşayiət olunduqda yanacaq istifadəsi azalır.
Dəyər paradoksu
Dəyər paradoksu — Adam Smit paradoksun tərtibinin müəllifi hesab olunur. Onun mahiyyəti: nə üçün suyun insanlar üçün almazdan qat-qat faydalı olmasına baxmayaraq, brilyantın qiyməti suyun qiymətindən qat-qat bahadır? Aristotel “Siyasət” əsərində artıq fikirləşirdi ki, pul insanların ona münasibətindən asılı olaraq dəyərini dəyişə bilər, ona görə də varlı adam belə bəzi hallarda kral Midas kimi lazımi qidanı ala bilməyəcək və aclıqdan ölə bilməyəcək. Hələ A.Smitin doğulmasından əvvəl Con Lokk özünün “Hökumət haqqında iki traktat” kitabında “hər şeyin dəyərində fərqlər yaradan əməkdir” fikrini irəli sürmüşdü. Lokk təbii qanun və ictimai müqavilə ideyasını irəli sürərək, o zamanlar üstünlük təşkil edən əsas dəyər mənbəyinin istehsal amili kimi torpaq olması ilə bağlı fikirləri təkzib etdi: “Əmək bizim müəyyən etdiyimiz şeylərin dəyərinin daha böyük hissəsini təşkil edir. bu dünyada həzz almaq; və xammal istehsal edən torpaq çətin ki, heç bir şəkildə nəzərə alınmamalı və ya ən çox onun çox kiçik bir hissəsi kimi daxil edilməlidir”. Eyni zamanda, Lokk pulun mahiyyətini və dəyərini müəyyən edilmiş ictimai müqavilənin nəticəsi, o cümlədən pula çevrilən əşyaların dəyəri hesab edirdi (“Qızıl, gümüş və brilyant öz şıltaqlığı və ya şıltaqlığı ilə dəyər verilmiş əşyalardır. Razılaşma, onların həqiqi faydalılığı və həyatı saxlamaq üçün zəruriliyi ilə deyil.” ) Lakin bu, ziddiyyət və ya paradoks sayılmırdı, çünki müəllif müxtəlif obyektlər üçün dəyərin fərqli xarakterini tam olaraq qəbul etmişdir. Klassik siyasi iqtisad (A.Smit, D.Rikardo, K.Marks) bu ziddiyyəti onunla izah edir ki, kütləvi malların qiyməti onların istehlakçı üçün subyektiv dəyərindən çox asılı deyil, obyektiv xərclərdən (orta əmək vaxtı xərcləri) istehsalçı üçün . Bir stəkan suyun çıxarılmasının orta dəyəri almazın çıxarılmasının orta dəyəri ilə müqayisə edilə bilər, necə ki, onların qiymətləri müqayisə oluna bilər (bax: Əməyin dəyər nəzəriyyəsi).
Leontyev paradoksu
Leontyev paradoksu (ing. Leontief's paradox) — 1947-ci il üçün ABŞ-ın xarici ticarətini təhlil edərkən Hekşer-Ulin nəzəriyyəsini təkzib edən bir müşahidə. Leontyev güman edirdi ki, ixracda kapital tutumlu malların payı artacaq, əmək tutumlu mallar isə azalacaq. Əslində ABŞ-ın ticarət balansını təhlil etdikdə əmək tutumlu malların payı azalmayıb, əksinə, 1947-ci ildən bu yana daha sürətlə artmaqdadır. Paradoksun mahiyyəti budur. Leontyev paradoksunun həlli ondan ibarətdir ki, düzgün tədqiqat xarici ticarətin iki faktorlu deyil, çoxfaktorlu modelini tələb edir. ABŞ-ın idxal etdiyi malların əmək intensivliyi kifayət qədər yüksəkdir, lakin malların dəyərində əməyin qiyməti ABŞ ixracından xeyli aşağıdır. Birləşmiş Ştatlarda əməyin kapital intensivliyi əhəmiyyətlidir, yüksək əmək məhsuldarlığı ilə birlikdə bu, ixrac tədarüklərində əməyin qiymətinə əhəmiyyətli təsir göstərir. Bu, xidmətlərin payının, əməyin qiymətlərinin və ABŞ iqtisadiyyatının strukturunun artımı ilə bağlıdır (ABŞ Əmək Departamentinin məlumatına görə, 2007-ci ilin fevral ayına olan məlumata görə, sənaye sektorunda işləyən 137,4 milyon nəfərdən 22,5 milyonu qeyri-kənd təsərrüfatı sektoru məşğul olub). Bu, ixrac istisna olmaqla, bütün Amerika iqtisadiyyatında əmək intensivliyinin artmasına gətirib çıxarır.
Lukas paradoksu
İqtisadiyyatda Lukas paradoksu və ya Lukas tapmacası ondan ibarətdir ki, inkişaf etməkdə olan ölkələrdə bir işçiyə düşən kapital daha aşağı səviyyədə olsa da, kapital inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə axışmır (kapital çatışmazlığı və nisbi əmək artıqlığı). Klassik iqtisadi nəzəriyyə kapitalın gəlirlərinin azalmasının təsiri ilə kapitalın zəngin ölkələrdən kasıb ölkələrə axacağını proqnozlaşdırır. Kasıb ölkələrin hər bir işçiyə düşən kapital səviyyəsi daha aşağıdır ki, bu da onların yoxsulluğunu qismən izah edir. Belə ölkələrdə işçi qüvvəsinə nisbətən kapital qıtlığı o demək olmalıdır ki, kapitalın yeridilməsinin gəlirliliyi inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksəkdir. Ona görə də zəngin ölkələrin investorları kasıb ölkələri investisiya üçün sərfəli kimi qəbul etməlidirlər. Amma reallıqda işlər heç də belə deyil. Zəngin ölkələrdən kasıb ölkələrə kapital axını təəccüblü dərəcədə kiçik olmuşdur. Robert Lukasın 1990-cı ildə yazdığı məqalədə geniş müzakirə olunan bu sirr "Lukasın Paradoksu" adlanır. Lukasın paradoksunun nəzəri izahlarını iki kateqoriyaya bölmək olar. Birinci qrup izahatlar daha kasıb ölkələrin əldə etdiyi kapitalın məhdudluğunu iqtisadiyyatın istehsal strukturuna təsir edən fundamental amillərin, məsələn, texnoloji fərqlər, çatışmayan istehsal amilləri, dövlət siyasəti və institusional strukturlardakı fərqlərlə əlaqələndirir.
Triffin paradoksu
Triffin dilemması və ya Triffin paradoksu — valyutaları qlobal ehtiyat valyutası kimi xidmət edən ölkələrin qısamüddətli daxili və uzunmüddətli beynəlxalq məqsədləri arasında yaranan iqtisadi maraqların toqquşmasıdır. Triffin dilemması və ya Triffin paradoksu valyutaları qlobal ehtiyat valyutası kimi xidmət edən ölkələrin qısamüddətli daxili və uzunmüddətli beynəlxalq məqsədləri arasında yaranan iqtisadi maraqların toqquşmasıdır. Bu dilemma 1960-cı illərdə belçikalı amerikalı iqtisadçı Robert Triffin tərəfindən müəyyən edilib və o qeyd edib ki, xarici ölkələrin qlobal ehtiyat valyutasını saxlamaq istəyən bir ölkə dünyanı əlavə valyuta ehtiyatı ilə təmin etməyə hazır olmalıdır. ticarət kəsiri ilə nəticələnən bu valyuta ehtiyatlarına qlobal tələbatı ödəmək. 1960-cı illərin əvvəllərində Robert Triffin beynəlxalq əməliyyatlar və milli valyuta ehtiyatları üçün yalnız bir ölkənin valyutasından istifadə edildiyi təqdirdə yaranan ziddiyyətə diqqət çəkdi. Bunu belə formalaşdırmaq olar: Milli valyuta ehtiyatlarını formalaşdırmaq üçün digər ölkələrin mərkəzi banklarını lazımi miqdarda dollarla təmin etmək üçün ABŞ-da daim tədiyyə balansında kəsir olması zəruridir. Lakin tədiyyə balansının kəsiri dollara inamı sarsıdır və onun ehtiyat aktivi kimi dəyərini azaldır, ona görə də inam yaratmaq üçün tədiyə balansının profisiti tələb olunur. Sonradan bu ziddiyyət Triffin dilemması (ing. Triffin Dilemma) adlandırıldı. Triffin paradoksu adətən Bretton-Vuds sisteminin böhranı ilə əlaqələndirilir.
Qravitasiya paradoksu
Qravitasiya paradoksu Almaniyada XIX əsrdə Neyman və Zelliger tərəfindən söylənilmişdir. Maddə ilə bərabər doldurulmuş sonsuz Kainatın ixtiyari nöqtəsində, Nyutonun ümumdünya cazibə qanununa əsasən, qravitasiya qüvvəsini birqiymətli hesablamaq olmaz. Doğurdan da əgər nümunə kütləsinin yerləşdiyi nöqtə konsentrik qatlardan ibarət sferanın mərkəzində olarsa, bu sferanın nümunə kütləsi tərəfindən cazibə qüvvəsi sıfır olar; əgər nümunə kütləsi olan nöqtə konsentrik qatlardan ibarət sferanın mərkəzindən r məsafədə yerləşərsə, bu sferanın kütləsinə nümunə kütləsi tərəfindən cazibə qüvvəsi, r radiuslu kürənin onun səthindəki nümunə kütləsini cəzb etmə qüvvəsi ilə təyin olunar. Bu qeyri-birqiymətlilik qravitasiya paradoksu adlandırılmışdır. Bu paradoks onunla əlaqədardır ki, Nyutonun qravitasiya nəzəriyyəsini bütövlükdə Kainata, həmçinin Metaqalaktikaya tətbiq etmək olmaz. Çünki Nyuton qravitasiya nəzəriyyəsində cazibə qüvvəsinin Evklid fəzasında ani yayıldığı qəbul edilir. Sonsuz Kainat fəzasında isə nəhəng kütlələr paylandığından Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə əyrilik evklid fəzasından kənara çıxır; digər tərəfdən isə çox uzaq qalaktikalar işıq sürətinə yaxın sürətlə bir-birindən uzaqlaşırlar. Buradan aydın olur ki, böyük miqyaslı məsafələrdə qravitasiya qarşılıqlı təsirini öyrənmək üçün Nyutonun qravitasiya nəzəriyyəsinə deyil, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə — relyativist qravitasiya nəzəriyyəsinə istinad etmək lazımdır. Bu halda Nyuton mexanikasının məhdudluğundan doğan qravitasiya paradoksu öz mahiyyətini itirir.
Bertran paradoksu (iqtisadiyyat)
İqtisadiyyatda Bertran paradoksu — bir-biri ilə rəqabət aparan və Neş tarazlığına çatan iki oliqopolistin sıfır ümumi mənfəətlə nəticələndiyi bir vəziyyət. Paradoks onun formulunu hazırlayan Jozef Lui Fransua Bertranın şərəfinə adlandırılıb. Paradoks oliqopoliyada rəqabəti təsvir edən Bertran modelində özünü göstərir. Paradoksun göründüyü ən sadə formada model çox sadələşdirilmiş bazarı nəzərdən keçirir və çox güclü fərziyyələrdən istifadə edir: şirkətlər eyni məhsul istehsal edir, tələb məhduddur və bir şəkildə verilir; ən aşağı qiymətə sahib olan şirkət bütün tələbi alır; iki və ya daha çox şirkət ən aşağı qiyməti təyin etmişsə, onlar tələbi bərabər şəkildə bölüşürlər. Tutaq ki, iki şirkət A və B bazara daxil olub, bəzi qiymətləri pA и pB təyin etdi. Tutaq ki, pA < pB. B şirkətinin qiyməti daha yüksəkdir və onun məhsuluna tələb 0-dır. Tələbi əldə etmək üçün o, pA-dan yüksək olmayan qiymət tələb etməlidir. Əgər o, pA-ya bərabər qiymət təyin edərsə, o, özü üçün bazarın yarısını alacaq və onu sonsuz kiçik bir məbləğə (pA-o) aşağı salsa, tələb bütün bazara ikiqat artacaq. Beləliklə, şirkətlər üçün qiymətləri bir-bir marjinal xərc səviyyəsinə, yəni maya dəyərinə (A və B üçün eyni olduğu güman edilir) qədər azaltmaq sərfəlidir. Qiyməti qaldırmaq hər kəs üçün sərfəli deyil, qiyməti azaltmaq da sərfəli deyil — bu, itkilərə səbəb olur.